İran ABŞ-ın Bəhreyndəki bazasına belə zərbə endirdi – ANBAAN VİDEO

İran ABŞ-ın Bəhreyndəki bazasına belə zərbə endirdi – ANBAAN VİDEO

Hazırda oxunan: İran ABŞ-ın Bəhreyndəki bazasına belə zərbə endirdi – ANBAAN VİDEO

599572

ABŞ-ın Bəhreyndə yerləşən hərbi bazasına İranın endirdiyi zərbənin videosu yayılıb.

Bizim.Media xəbər verir, bu barədə informasiyanı Pars Today yayıb.

Məlumata görə, hücum Bəhreynin Cəfeyr bölgəsində yerləşən ABŞ hərbi bazasına pilotsuz uçuş aparatı ilə həyata keçirilib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-dən etibarən İrana qarşı hərbi əməliyyata başlayıblar. Zərbələr İranın paytaxtı Tehran da daxil olmaqla ölkənin bir sıra böyük şəhərlərinə endirilib.
 

Hücumdan dərhal sonra İranın İslam İnqilabı Keşikçiləri Korpusu genişmiqyaslı cavab əməliyyatına başladığını elan edib. Bildirilirdi ki, İran İsrail ərazisinə, həmçinin ABŞ-ın Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.


İsrail və ABŞ-ın hücumları nəticəsində İranın ali dini lideri ayətullah Əli Seyid Xamenei və ölkənin digər yüksək vəzifəli şəxsləri də həlak olub. Martın 2-də isə “Hizbullah” hərəkatı da İsrailə qarşı müharibəyə qoşulduğunu elan edib.

Bundan sonra İsrail təşkilata qarşı hücum əməliyyatına başladığını və Cənubi Livan ərazisinə daxil olduğunu bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO