Netanyahu: “Biz yaxşı oğlanlarıq” – VİDEO

Netanyahu: “Biz yaxşı oğlanlarıq” – VİDEO

Hazırda oxunan: Netanyahu: “Biz yaxşı oğlanlarıq” – VİDEO

599417

İsrailin Baş naziri Benyamin Netanyahu özünü və ABŞ Prezidenti Donald Trampı “pis oğlanlar”la mübarizə aparan “yaxşı oğlanlar” adlandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, “Fox News”a müsahibəsində bildirib.

“ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı sonsuz münaqişəyə çevrilməyəcək. Bu, bizə heç vaxt xəyalımıza belə gətirmədiyimiz bir sülh dövrünü açacaq. Biz pis oğlanlarla mübarizə aparırıq. Biz yaxşı oğlanlarıq”, - Netanyahu bildirib.

Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.

İran ABŞ-ın Yaxın Şərqdəki bazalarına və İsrailə cavab zərbələri endirir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO