İranın müharibə başlayandan bəri hücum etdiyi ölkələr və strateji obyektlər – SİYAHI

İranın müharibə başlayandan bəri hücum etdiyi ölkələr və strateji obyektlər – SİYAHI

Hazırda oxunan: İranın müharibə başlayandan bəri hücum etdiyi ölkələr və strateji obyektlər – SİYAHI

599416

İrana qarşı ABŞ-la İsrailin fevralın 28-də başladıqları müharibə, Tehranın cavab zərbələri fonunda bir sıra qonşu ölkələrin də zərər çəkməsinə səbəb olub. Ötən dövr ərzində İran da regionda yerləşən bir sıra ölkələrə hava zərbələri endirib.

Bizim.Media xəbər verir ki, 28 fevraldan bu günə qədər İranın hava hücumuna İsraillə yanaşı, çoxsaylı ərəb ölkələri-Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ, Bəhreyn, Qətər, İraq, İordaniya, Oman, habelə Kipr də məruz qalıb. İranın bu zərbələri əsasən həmin ölkələrdə yerləşən ABŞ hərbi bazaları və səfirliklərinə, habelə bu dövlətlərdəki bir sıra digər mühüm obyektlərə yönəlib.

Hədəf alınan hərbi bazalar:


ABŞ Hərbi-Dəniz Qüvvələrinin Bəhreyndəki 5-ci Donanmasının qərargahı;

İraqdakı Bağdad aeroportu yaxınlığındakı ABŞ hərbi bazası;

Qətərdəki Əl-Üdeyd aviabazası;

BƏƏ-dəki Əl-Dəfra bazası;

İordaniyadakı ABŞ hərbi bazası;

Küveytdəki Əli əl-Salim aviabazası;

Kiprdəki Böyük Britaniya hərbi bazası.

Diplomatik binalar:


ABŞ-ın Bəhreyndəki səfirliyi;

ABŞ-ın Səudiyyə Ərəbistanındakı səfirliyi;

ABŞ-ın Küveytdəki səfirliyi;

ABŞ-ın Ərbildəki konsulluğu.

Enerji və strateji obyektlər:

Səudiyyə Ərəbistanının Ras Tanuradakı “Aramco” neft email zavodu;

BƏƏ-dəki “Füceyrə” neft yatağı;

Fars körfəzində Birləşmiş Ərəb Əmirliklərinin neft platforması;

"QatarEnergy"in Ras-Laffan emal müəssisəsi;

Qətərin "Mesaieed" elektrik stansiyası.

BƏƏ-də yerləşən “Amazon Web Services” məlumat mərkəzi;

Dubay Hava Limanı;

Zayed Beynəlxalq Aeroportu;

Ərbil Beynəxalq Hava Limanı;

Omandakı Salalah dəniz limanı.

Hörmüz boğazında üç neft tankeri.


Qeyd edək ki, Dubaydakı dəbdəbəli “Burj Al Arab” hoteli, habelə dünyanın ən hündür binası olan “Burj Khalifa” də İran tərəfindən hədəfə alınan obyektlər sırasında olub. Bundan əlavə, İran vətəndaşları ABŞ-ın Bağdaddakı səfirliyinə də hücum ediblər.

İranın İsrailə hücumlarında isə daha çox yaşayış məntəqələri hədəf alınıb.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO