Lukaşenkodan Putinə Ukrayna ilə bağlı TELEFON ZƏNGİ

Lukaşenkodan Putinə Ukrayna ilə bağlı TELEFON ZƏNGİ

Hazırda oxunan: Lukaşenkodan Putinə Ukrayna ilə bağlı TELEFON ZƏNGİ

59941

Rusiya prezidenti Vladimir Putinlə Belarus prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.

Bizim.Media “unian.net” saytına istinadən xəbər verir ki, bu barədə informasiyanı şənbə günü axşam, fevralın 12-də hər iki liderin mətbuat xidmətləri yayıb.

Rəsmi məlumatlara görə, Putin və Lukaşenko digər məsələlərlə yanaşı, Ukrayna haqqında da danışıblar.

“Dövlət başçıları beynəlxalq münasibətlər məsələlərini, o cümlədən Ukrayna ətrafındakı vəziyyəti və qarşıdakı görüşlərin və danışıqların cədvəlini müzakirə ediblər”, - Lukaşenkonun mətbuat xidməti qeyd edib.

Kreml də öz növbəsində bildirib ki, söhbət “Rusiya üçün təhlükəsizlik təminatları” deyilən mövzuya toxunub.

"İkitərəfli əməkdaşlığın gələcək inkişafı ilə bağlı bəzi məsələlər, o cümlədən Rusiyanın təhlükəsizliyinin uzunmüddətli beynəlxalq hüquqi təminatlarının işlənib hazırlanması ilə bağlı Rusiyanın təkliflərinə ABŞ və NATO-nun reaksiyası ətrafında vəziyyət nəzərdən keçirilib. Gələcək şəxsi təmaslar barədə razılıq əldə olunub. ”, - deyə Putinin mətbuat xidməti məlumat yayıb.

UNIAN-ın daha əvvəl xəbər verdiyi kimi, Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə saat yarımdan çox danışıb.

Makronun Putinlə Ukrayna ilə bağlı danışıqları bir həftə ərzində ikinci dəfə baş tutub. Makron Putinlə danışdıqdan sonra Ukrayna prezidenti Vladimir Zelenskiyə zəng edib.

ABŞ prezidenti Co Bayden də Vladimir Putinlə telefon danışığı aparıblar.

Söhbət zamanı o, qeyd edib ki, Vaşinqton həm Kremllə diplomatik əməkdaşlığa, həm də hadisələrin inkişafı üçün digər ssenarilərə hazırdır.

Xatırladaq ki, bir qədər əvvəl Aleksandr Lukaşenko Belarusun “Donbasa qarşı müharibə” vəziyyətində hərəkətləri barədə danışmışdı.

Onun sözlərinə görə, Belarus ordusu Rusiya ordusu ilə eyni şəkildə hərəkət edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO