Dünən ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranla bağlı ölkəsinin mövqeyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, o, “Fox News” telekanalına müsahibəsində bu barədə danışıb.
Vens bildirib ki, prezident Donald Tramp İran məsələsində nəyə nail olmaq istədiyini dəqiq müəyyən edib:
“Tramp ABŞ-nin aydın sonu və konkret məqsədi olmayan uzunmüddətli münaqişəyə cəlb olunmasına imkan verməyəcək. Əsas məqsəd İranın nüvə silahına sahib olmasının qarşısını almaqdır. İran nüvə potensialını bərpa etməmək üçün uzunmüddətli öhdəlik götürməlidir”.
Vens əlavə edib ki, ABŞ bu prosesdə İraq və Əfqanıstanla bağlı keçmişdə yaşanan problemlərin təkrarlanmasına yol verməyəcək.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:35 / 03.03.2026
Vens: “İraq və Əfqanıstan ssenarisi İranda təkrarlanmayacaq” – VİDEO
Hazırda oxunan: Vens: “İraq və Əfqanıstan ssenarisi İranda təkrarlanmayacaq” – VİDEO
Hazırda oxunan: Vens: “İraq və Əfqanıstan ssenarisi İranda təkrarlanmayacaq” – VİDEO
599350
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































