İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, əməliyyat lazım olduğu qədər davam edəcək və səbirli olmağa çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Netanyahu keçirdiyi brifinqdə danışıb.
Baş nazir qeyd edib ki, İsrailin sülh alyansı və müharibə alyansı var və əlavə edib ki, bu müharibə real sülhə gətirib çıxaracaq:
“Rejim bizim mövcudluğumuzu təhdid edə biləcək heç bir silaha malik olmamalıdır”.
O, həmçinin İran xalqına müraciət edərək bildirib: “Uzun müddətdir gözlədiyiniz yardım gəlib.
Tezliklə küçələrə çıxıb reallığı dəyişmək vaxtınız çatacaq.”
Bizim.Media





























































































