Kiyevin təxliyə PLANI TƏSDİQLƏNDİ - Vitali Kliçkodan MƏLUMAT

Kiyevin təxliyə PLANI TƏSDİQLƏNDİ - Vitali Kliçkodan MƏLUMAT

Hazırda oxunan: Kiyevin təxliyə PLANI TƏSDİQLƏNDİ - Vitali Kliçkodan MƏLUMAT

59838

Kiyevdə Rusiyanın Ukrayna ərazisinə müdaxiləsi halında əhalinin təxliyəsi planını təsdiq ediblər.

Bizim.Media Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə paytaxt meri Vitali Kliçko məlumat verib:

“Kiyev Şəhər Dövlət Administrasiyası (KŞDA) səviyyəsində və hər bir rayonda təxliyə komissiyaları yaradılıb. Əhalinin evakuasiya planı təsdiq edilib. O, yığma evakuasiya məntəqələrinin yerini, lazım olan nəqliyyatın həcmini və əhalinin yerləşdirilməsi üçün təhlükəsiz əraziləri müəyyənləşdirir”.

Qeyd edək ki, Kiyevin mülki müdafiə qüvvələrinə 13,5 min şəxsi heyət və 780-dən çox texnika daxildir.
Kliçko bildirib ki, son bir neçə ildə şəhərdə bomba sığınacaqları üçün nəzərdə tutulan yerlərin sayı üç dəfə artıb:

“Bir neçə il əvvəl bizdə 1500 müvafiq sığınacaq var idisə, bu gün onların sayı 3 dəfə artıb. Ümumilikdə, mülki müdafiənin mühafizə strukturlarının fonduna 500-dən çox saxlanc yeri daxildir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO