Niderlandla İran arasında QALMAQAL - Tehranda diplomatın baqajı müsadirə olunub?

Niderlandla İran arasında QALMAQAL - Tehranda diplomatın baqajı müsadirə olunub?

Hazırda oxunan: Niderlandla İran arasında QALMAQAL - Tehranda diplomatın baqajı müsadirə olunub?

598277

Niderland hökuməti Tehranın hava limanında niderlandlı diplomatın baqajının müsadirə edilməsi ilə bağlı insidentə görə İran səfirini Haaqaya çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə İran KİV-ləri Niderland Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
 

Nazirliyin açıqlamasına görə, yanvarın 28-də İran tərəfi diplomatdan diplomatik baqajı yoxlama tələbi “diplomatik insidentə səbəb olub”. Haaqada bu addım qəbuledilməz sayılıb və götürülmüş əşyaların dərhal geri qaytarılması tələb edilib.


Səfirin çağırılmasına səbəb olan digər məsələ isə İran tərəfinin hadisənin videogörüntüsünü yayması olub.

ISNA agentliyinin məlumatına görə, diplomatın çamadanında peyk telefonu və Starlink modeminin olduğu iddia edilir. Diplomat baqajın rentgen (introskop) yoxlamasından keçirilməsindən imtina etdikdən sonra bu avadanlıqlar müsadirə olunub.

Qeyd olunur ki, daha əvvəl Starlink terminalları İranda hökumət əleyhinə etiraz aksiyalarında iştirak edən şəxslər tərəfindən istifadə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO