Britaniya və Fransa Ukraynaya nüvə silahı verəcək - Rusiya kəşfiyyatından SENSASİON İDDİA

Britaniya və Fransa Ukraynaya nüvə silahı verəcək - Rusiya kəşfiyyatından SENSASİON İDDİA

Hazırda oxunan: Britaniya və Fransa Ukraynaya nüvə silahı verəcək - Rusiya kəşfiyyatından SENSASİON İDDİA

598041

Böyük Britaniya və Fransa Ukraynanı nüvə bombası ilə silahlandırmağa hazırlaşır.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Xarici Kəşfiyyat Xidməti (SVR) məlumat yayıb. SVR-in versiyasına görə, avropalılar silahın ötürülməsini guya Ukraynanın öz istehsalı kimi təqdim etməklə gizlətmək istəyirlər.

“Belə hesab olunur ki, Ukraynanı “vunderwaffe” (“möcüzə silah” – Termin ilk dəfə Nasist Almaniyası tərəfindən İkinci Dünya Müharibəsi dövründə istifadə olunub - red.) ilə təmin etmək lazımdır”, — SVR-in mətbuat bürosunun bəyanatında qeyd olunub. — “Berlin bu təhlükəli avantürada iştirak etməkdən ağıllı şəkildə imtina edib”.

Rusiya qurumu iddia edir ki, London və Paris hazırda Kiyevə komponentlərin, avadanlığın və texnologiyaların ötürülməsini təşkil etməyə çalışır. SVR-in qənaətinə görə, “Fransanın M51.1 sualtı qayıq ballistik raketi üçün nəzərdə tutulmuş TN75 tipli kiçik ölçülü döyüş başlığının variantı nəzərdən keçirilir”.

SVR bəyan edib ki, Böyük Britaniya və Fransa Nüvə Silahlarının Yayılmaması Müqaviləsini pozmaq cəhdinə görə məsuliyyətdən yayına bilməyəcək. “Hər bir gizli məqam gec-tez üzə çıxacaq”, — deyə xüsusi xidmət orqanı vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO