Moskvada yol polisinin avtomobili partladıldı: ÖLƏN VAR – FOTO/VİDEO

Moskvada yol polisinin avtomobili partladıldı: ÖLƏN VAR – FOTO/VİDEO

Hazırda oxunan: Moskvada yol polisinin avtomobili partladıldı: ÖLƏN VAR – FOTO/VİDEO

597960

Bu gecə naməlum şəxs Moskvada Savyolovski vağzalının yaxınlığında Dövlət Yol Polisi (DPS) əməkdaşlarına məxsus xidməti avtomobili partladıb. O, əvvəlcə yol polisi əməkdaşlarına yaxınlaşıb, daha sonra isə naməlum partlayıcı qurğunun detonasiyası baş verib.

Bizim.Media xəbər verir ki, hadisə nəticəsində 34 yaşlı polis baş leytenantı Denis Bratuşenko həlak olub.

Bundan əlavə, daha iki yol polisi əməkdaşı xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Eyni zamanda, müşahidə kameralarının qeydlərinə əsasən, cinayəti törədən şəxs hadisə yerində ölüb.

Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi insidentlə bağlı cinayət işi açıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO