Qəzzanın cənubunda yerləşən Rəfah şəhərində uzunluğu bir kilometr olan HƏMAS-a məxsus tunel İsrail ordusunun mühəndis-istehkam bölmələri tərəfindən məhv edilib.
Bizim.Media bu barədə İsrail KİV-ə istinadən xəbər verir.
İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidmətinin məlumatına əsasən, tuneldə HƏMAS əməliyyatçılarının gizlənməsi üçün bir neçə otaq olub.
İçəridən əsgərlər bir neçə silah da aşkarlayıb.
Tunel 7-ci Zirehli Briqadanın ərazinin təmizlənməsi əməliyyatları zamanı Qəzza atəşkəs xəttinin İsrail tərəfində aşkarlanmışdı. Tunel əlahiddə “Yahalom”mühəndis-istehkam bölməsi tərəfindən partladılaraq məhv edilib.
Bizim.Media

































































































