Zelenski Putinlə görüşəcək? - Trampın iştirakı ilə...

Zelenski Putinlə görüşəcək? - Trampın iştirakı ilə...

Hazırda oxunan: Zelenski Putinlə görüşəcək? - Trampın iştirakı ilə...

597619

Yaxın vaxtlarda Ukrayna prezidenti Volodimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında görüş baş tuta bilər. 

Bizim.Media xəbər verir ki, ABŞ lideri Donald Trampın iştirakı ilə üçtərəfli sammit formatı da istisna edilmir. Bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Fox News telekanalına müsahibəsində bildirib.
 

Uitkoffun sözlərinə görə, müharibə əsasən ərazi mübahisələri səbəbindən davam edir və tərəflər hələ də ortaq məxrəcə gələ bilməyiblər.


“Biz Jared Kuşner ilə birlikdə ümid edirik ki, təkliflərimiz yaxın üç həftə ərzində tərəfləri bir araya gətirəcək və bəlkə də Zelenski ilə Putinin sammitinə gətirib çıxaracaq. Ola bilsin ki, bu, prezident Trampın iştirakı ilə üçtərəfli görüş formatında olsun. Görəcəyik”, – deyə o qeyd edib.

Uitkoff vurğulayıb ki, Tramp yalnız real nəticə əldə olunacağına əmin olarsa, belə bir görüşə razılıq verəcək.

“Onun bunu həyata keçirmək üçün unikal qabiliyyəti var. Ümid edirəm ki, yaxın həftələrdə yaxşı xəbərlər eşidəcəksiniz”, – deyə ABŞ prezidentinin xüsusi nümayəndəsi əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO