Amerikalı jurnalist İsrail prezidentindən üzr istədi - VİDEO

Amerikalı jurnalist İsrail prezidentindən üzr istədi - VİDEO

Hazırda oxunan: Amerikalı jurnalist İsrail prezidentindən üzr istədi - VİDEO

597615

Məşhur amerikalı jurnalist Takker Karlson İsrail prezidenti Hersoqdan üzr istəyib. Buna səbəb onun ABŞ-ın İsraildəki səfiri Hakkabi ilə müsahibəsi zamanı Hersoqu qalmaqallı maliyyəçi Epşteynin adasına səfər etməkdə ittiham etməsi olub.

Bizim.Media xəbər verir ki, Karlson X sosial şəbəkə hesabında yayımladığı videoda bildirib ki, Hersoqun ofisindən aldığı məktubda İsrail dövlət başçısının amerikalı maliyyəçi ilə hər hansı əlaqəsinin olmadığı qeyd olunub.

“Bilmədiyim bir şeyi bildiyimi eyham vurduğuma görə üzr istəyirəm”, – deyə Karlson müraciətində vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO