Əfqanıstanda kişilərə artıq qadınların sağlamlığına ciddi təsir göstərmədiyi təqdirdə rəsmi olaraq arvadlarını döyməyə icazə verilir.
Bizim.Media xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Məlumata görə, Əfqanıstanda “Taliban” hökuməti kişilərə ciddi nəticələrə səbəb olmadığı təqdirdə arvadlarını döyməyə icazə verən qanunu qəbul edib.
Yeni qanunvericiliyə görə, ər arvadını çubuqla döyüb ağır xəsarət yetirərsə, 15 gün həbs cəzasına məhkum edilə bilər.
Bu halda, qadın məhkəmədə tam örtücü geyim geyinərək və onu döyən ərin yanında dayanaraq xəsarətləri sübut etməlidir.
Bundan əlavə, qanun qadınların məişət zorakılığı zamanı qohumlarında gizlənməsini qadağan edir. Ərinin icazəsi olmadan dəfələrlə atasının evinə gedib geri qayıtmayan qadın üç ay həbs cəzasına məhkum edilə bilər.
Bizim.Media




























































































