İnstagram fenomeni Vatikana getdi - İndi bütün dünya onun geyimindən danışır – FOTO

İnstagram fenomeni Vatikana getdi - İndi bütün dünya onun geyimindən danışır – FOTO

Hazırda oxunan: İnstagram fenomeni Vatikana getdi - İndi bütün dünya onun geyimindən danışır – FOTO

59521

İnstaqram fenomeni Juju Vieira Vatikanda olarkən geyindiyi libasla dünyanın gündəminə çevrilib. "Seksual" görünən qız səlahiyyətlilər tərəfindən ölkədən qovulub.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “haberler.com” saytında yerləşdirilib. 

İnstagram fenomeni Papanın "çox seksual" hesab etdiyi paltarlara görə Vatikandan qovulmasından sonra özünü hörmətsiz hiss etdiyini söyləyib.

34 yaşlı Juju Vieira keçən bazar günü dar paltar və hündür dabanlı ayaqqabı geyinərək katolik şəhərə səfər edib. Bu zaman o, geyim kodunu pozduğuna görə təhlükəsizlik işçiləri tərəfindən ərazidən çıxarılıb.

O, “Jam Press” nəşrinə bunları deyib: "Orada işləyən bir bəy yanıma gəldi və dedi ki, bu yer namaz üçündir və mən açıq-saçıq geyinmişəm”.

Vieira turistlərin yanında qovulduğuna görə, utandığını bildirib.

Xatırladaq ki, Vatikanda həm kişilər, həm də qadınlar üçün ciddi geyim qaydaları var, çiyinlər və dizlər qəti şəkildə görünməməlidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO