Yaponiyada parlament seçkisinin nəticəsi açıqlandı

Yaponiyada parlament seçkisinin nəticəsi açıqlandı

Hazırda oxunan: Yaponiyada parlament seçkisinin nəticəsi açıqlandı

595118

Yaponiyanın Baş naziri Sanae Takaiçinin rəhbərlik etdiyi Liberal-Demokratik Partiyası (LDP) və Yaponiya Yenilənmə Cəmiyyəti Partiyasından ibarət hakim blok bazar günü keçirilən seçkinin nəticələrinə əsasən, parlamentin əsas aşağı palatasında yerlərin əksəriyyətini qazanıb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu seçki komissiyalarının ümumi məlumatları təsdiq edir.

Yerli vaxtla saat 20:45-ə (Bakı vaxtı ilə 15:45 - red.) hesablanmış səslərə əsaslanan məlumata görə, LDP parlamentdə 224 yer, onun tərəfdaşı isə 23 yer qazanıb.

Beləliklə, Takaiçinin rəhbərliyi altındakı hakim blok ölkə parlamentinin aşağı palatasında (cəmi 466 yer) çoxluğu özü üçün təmin edib. Qeyd edək ki, bu palata xüsusilə baş nazirin seçilməsi və büdcənin qəbulu üçün məsuliyyət daşıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO