Mask: “Aya qayıtmağın vaxtıdır”

Mask: “Aya qayıtmağın vaxtıdır”

Hazırda oxunan: Mask: “Aya qayıtmağın vaxtıdır”

595105

Tesla və SpaceX şirkətlərinin qurucusu İlon Mask hesab edir ki, Aya qayıtmağın vaxtı çatıb. 

Bizim.Media xəbər verir ki, o,  bu fikrini X sosial şəbəkəsində paylaşıb.

“Aya genişmiqyaslı şəkildə qayıtmağın vaxtıdır”, — deyə Mask yazıb.
 

Mask bu fikri bir istifadəçinin paylaşımına cavab olaraq bildirib. Həmin paylaşımda xatırladılıb ki, ilk təyyarə uçuşundan (1903) insanın Aya enişinə (1969) qədər cəmi 66 il keçib.


Bundan bir gün əvvəl The Wall Street Journal qəzeti yazıb ki, SpaceX strategiyasını dəyişdiyini elan edərək 2026-cı ilə planlaşdırılan Mars missiyasını təxirə salıb. Bildirilir ki, bundan sonra əsas diqqət NASA-nın Ay proqramına yönəldiləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO