İsrail İranla bağlı tələblərini açıqladı

İsrail İranla bağlı tələblərini açıqladı

Hazırda oxunan: İsrail İranla bağlı tələblərini açıqladı

595090

İsrailin Baş naziri Benyamin Netanyahunun fevralın 11-i Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla gözlənilən görüşündən əvvəl Omanda İran danışıqlarına dair mövqeyi açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə İsrailin "Kanal 14" televiziyası məlumat yayıb.
 

"İsrail İranın nüvə proqramının tamamilə ləğvini, o cümlədən sıfır zənginləşdirməni, bütün zənginləşdirilmiş materialların çıxarılmasını və ciddi beynəlxalq nəzarəti tələb edir.


Əlavə tələblərə İranın ballistik raketlərinin 300 km mənzillə məhdudlaşdırılması və İranın regional proksi qruplara dəstəyinə son qoyulması daxildir", - məlumatda bildirilib.

Qeyd edək ki, fevralın 6-sı Omanda ABŞ və İran rəsmiləri arasında görüş baş tutub. (Axar.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO