Almaniya nümayəndə heyətini Ər-Riyad hava limanına aparan mikroavtobus qəzaya uğrayıb və nəticədə kansler Fridrix Mertsin Qətərə uçuşu gecikib.
Bizim.Media xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Məlumata görə, hadisə hava limanından 2.7 km aralıda baş verib. Qəza zamanı xəsarət alan olmayıb.
Qəzetin məlumatına görə, hadisə barədə dərhal Almaniya səfirliyinə məlumat verilib. Almaniya kansleri və müşavirləri nümayəndə heyətinin qalan üzvlərinin gəlməsini hava limanında gözləməli olublar.
Qeyd olunur ki, baş verən hadisə səbəbindən uçuş təxminən 15 dəqiqə ləngiyib.
Xatırladaq ki, F.Merts Fars körfəzi ölkələrinə səfərdədir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:46 / 05.02.2026
Kanslerin nümayəndə heyətinin mikroavtobusu qəzaya uğradı
Hazırda oxunan: Kanslerin nümayəndə heyətinin mikroavtobusu qəzaya uğradı
Hazırda oxunan: Kanslerin nümayəndə heyətinin mikroavtobusu qəzaya uğradı
594685
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































