Qırğızıstanda cinsiyyət dəyişdirmək QADAĞAN EDİLƏCƏK

Qırğızıstanda cinsiyyət dəyişdirmək QADAĞAN EDİLƏCƏK

Hazırda oxunan: Qırğızıstanda cinsiyyət dəyişdirmək QADAĞAN EDİLƏCƏK

594036

Qırğızıstanda rəsmi sənədlərdə cinsiyyətin dəyişdirilməsinin və bununla bağlı əməliyyatların aparılmasının qadağan edilməsi planlaşdırılır. 

Bizim.Media xəbər verir ki, deputat Marlen Mamataliyevin hazırladığı qanun layihəsi parlamentin saytında ictimai müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əlavə olunan izahat arayışında bildirilir ki, sənəd “ailənin qorunmasına, demoqrafik təhlükəsizliyə və ənənəvi dəyərlərin saxlanmasına” yönəlib. 

Qeyd olunur ki, mövcud qanunvericilik tibbi arayışlar əsasında vətəndaşlıq vəziyyəti aktlarında və pasportlarda cinsiyyətin dəyişdirilməsinə imkan verir. Layihə müəlliflərinin fikrincə, bu praktika cəmiyyətdə tarixi və mədəni köklərə malik deyil və demoqrafiya, əxlaq və milli təhlükəsizlik üçün risklər yaradır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO