ABŞ-da azyaşlı qızlara qarşı cinsi istismar və fahişə şəbəkəsi yaratmaq ittihamı ilə həbs olunan, daha sonra həbsxanada ölü tapılan milyarder Jeffrey Epşteyn ilə bağlı yeni sənədlərdə Rusiya Prezidenti Vladimir Putindən də bəhs edildiyi ortaya çıxıb.
Bizim.Media xəbər verir ki, bu barədə “haberler.com” saytı ayzıb.
2012-ci il tarixli sənəddə Rusiya Dumasının üzvü İlya Ponomarev üçün belə yazılıb:
“Əgər öldürülməzsə, Putinin yerini alıb prezident ola bilər”.
2019-cu ildə gələn elektron məktublarda Ukrayna Prezidenti Volodimir Zelenski də qeyd olunub. Məktublarda bildirilib ki, Zelenski yardım axtarır, Putin isə onu İsrail tərəfindən idarə olunmaqda ittiham edərək aşağılayıcı davranıb.
Ponomarev 2016-cı ildə Ukraynadan icazə alıb və 2019-cu ildə Ukrayna vətəndaşı olub. Rusiyada isə onun əleyhinə açılan çinayət işləri mövcuddur.
Sənədlərdə adı çəkilən digər məşhur şəxslər bunlardır:
Donald Tramp, Bill Klinton, Ehud Barak, Al Gore, Kevin Spacey, Michael Jackson, David Copperfield, Alan Dershowitz, Bill Richardson və s.
Bizim.Media
































































































