Apple şirkəti “Brand Finance Global 500 – 2026” hesabatına əsasən dünyanın ən dəyərli brendi kimi tanınıb. Şirkətin brend dəyəri 607,6 milyard dollar həcmində qiymətləndirilir.
Bizim.Media xəbər verir ki, reytinqdə ikinci və üçüncü yerləri müvafiq olaraq Microsoft və Google tutub. İlk onluqda həmçinin Amazon, Nvidia, TikTok, Walmart, Samsung, Facebook və State Grid yer alıb.
Ölkələr üzrə bölgüdə ABŞ lider mövqedədir: reytinqə daxil olan 500 brendin 192-si Amerika şirkətlərinə məxsusdur. Sonrakı yerlərdə Çin (68 brend), Yaponiya və Fransa (hər biri 33), Almaniya (26) və Böyük Britaniya (25) qərarlaşıb.
Brend dəyərində ən böyük artım Revolut fintex şirkətində qeydə alınıb — +239%. Ən ciddi geriləmə isə Teslada müşahidə olunub — –35,8%.
Bizim.Media






























































































