İndoneziyada torpaq sürüşməsində ölənlərin sayı 70-ə çatdı

İndoneziyada torpaq sürüşməsində ölənlərin sayı 70-ə çatdı

Hazırda oxunan: İndoneziyada torpaq sürüşməsində ölənlərin sayı 70-ə çatdı

593879

İndoneziyanın Qərbi Yava əyalətindəki Çisarua rayonunun Pasirlanqu kəndində yanvarın 24-də baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 70-ə çatıb.
 

MÖVZU İLƏ BAĞLI: 

İndoneziyada dəhşətli FƏLAKƏT – Onlarla insan torpaq altında qaldı – VİDEO


Bizim.Media İndoneziya mediasına istinadla xəbər verir ki, Qərbi Yava əyalətində baş verən sürüşmədən sonra axtarış əməliyyatları davam etdirilir.

İtkin düşənlərin axtarışlarına ağır texnika, təxminən 800 xilasedici, habelə xüsusi təlim keçmiş itlər cəlb olunub.

Bandunq Axtarış və Xilasetmə İdarəsinin rəhbəri Ade Dian Permana bildirib ki, fəlakətdən ümumilikdə 158 nəfər zərər çəkib, 78 nəfər xilas edilib və ölənlərin sayı 70-ə çatıb.
 

Permana itkin düşmüş 10 nəfərin hələ də dağıntılar altında qaldığına inanıldığını bildirib və əlavə edib ki, gələcək sürüşmə riskinə qarşı tədbirlər görülüb.


Qeyd edək ki, Qərbi Yava əyalətinin Qərbi Bandunq bölgəsində günlərlə davam edən güclü yağışlardan sonra torpaq sürüşməsi baş verib.

Sürüşmədən zərər çəkmiş ərazilərdən təxminən 230 nəfər müvəqqəti sığınacaqlara təxliyə edilib. Hakimiyyət orqanları bəzi yaşayış məntəqələrinin tamamilə yerin altında qaldığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO