Fatihin vəsiyyəti açıqlandı

Fatihin vəsiyyəti açıqlandı

Hazırda oxunan: Fatihin vəsiyyəti açıqlandı

593875

Mərhum müğənni Fatih Ürekin vəsiyyəti üzə çıxıb.

Bizim.Media xəbər verir ki, 2 il əvvəl qatıldığı bir proqramda sənətçi vəsiyyətnaməsinin olduğunu qeyd edib:
 

"Əslində, mən bunu bir yerə yazmışam, yəqin ki, hələ də oradadır. Amma hər il nəsə dəyişir. Öz adıma bir xeyriyyə fondu istəyirəm. Həyatımda ən çox istədiyim şey adıma bir məktəb tikilməsidir. Məktəblərə ehtiyacımız var. Uşaqları görəndə ağlayıram. Bəlkə də qocaldığım üçündür".


Qeyd edək ki, Fatih Ürek ötən il oktyabrın 15-də evində səhər yeməyi yeyərkən infarkt keçirib.

O, xəstəxanaya çatdırıldıqdan sonra ürəyi təxminən 20 dəqiqə dayanmışdı. Dörd ay reanimasiyada qalan müğənni iki gün əvvəl dünyasını dəyişib. (Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO