Pakistanda DƏHŞƏT YAŞANIR - 100-dən çox ölən var

Pakistanda DƏHŞƏT YAŞANIR - 100-dən çox ölən var

Hazırda oxunan: Pakistanda DƏHŞƏT YAŞANIR - 100-dən çox ölən var

593869

Pakistanda separatçı Bəlucistan Azadlıq Ordusunun (BLA) silahlıları tərəfindən törədilən hücumlar nəticəsində 120-dən çox insan həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı AFP agentliyi rəsmi mənbələrə istinadən yayıb.

Məlumatda bildirilir ki, silahlılar Bəlucistan əyalətində banklara, həbsxanalara və hərbi obyektlərə hücum ediblər.

Pakistan ordusunun açıqlamasına əsasən, ölənlər arasında 18 mülki şəxs, 15 təhlükəsizlik əməkdaşı və 92 hücumçu var. Rəsmilərdən biri toqquşmalar zamanı rayon komissarının müavininin qaçırıldığını bildirib.

AFP-nin məlumatına görə, əyalətdə 24 saatdan artıqdır ki, mobil internet kəsilib, nəqliyyatın hərəkəti dayanıb, dəmir yolu xidməti isə tamamilə dayandırılıb. Partlayışlardan sonra əyalətin paytaxtı Kvetta faktiki olaraq boşalıb.
 

“Evdən çıxan heç kim sağ-salamat qayıdacağına əmin ola bilməz. Daim geri dönüb-dönməyəcəyin barədə qorxu var”, – deyə Kvettada yaşayan 39 yaşlı dükan sahibi AFP-yə bildirib.


Pakistan ordusu yanvarın 31-də hücuma məruz qalan ərazilərdə “təmizləmə əməliyyatları” apardığını açıqlayıb. Bəyanatda vurğulanıb ki, “bu dəhşətli və qorxaq hücumun təşkilatçıları, icraçıları və onlarla əlbir olanlar məsuliyyətə cəlb ediləcəklər”.

Yanvarın 30-da Pakistan hakimiyyəti Bəlucistanda keçirilən reydlər zamanı 41 silahlının öldürüldüyünü elan edib.

Rəsmi İslamabad hücumçulara Hindistanın dəstək verdiyini iddia edir. Yanvarın 31-də isə “Reuters” təhlükəsizlik mənbələrinə istinadən toqquşmalar nəticəsində 80-dən çox insanın öldüyünü yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO