Kadırovun varisi kim olacaq?

Kadırovun varisi kim olacaq?

Hazırda oxunan: Kadırovun varisi kim olacaq?

593863

Ramzan Kadırov təxminən 20 il ərzində Kremlin Çeçenistan üzərində nəzarətini təmin edən “xoşagəlməz, lakin əvəzolunmaz” alət olub. O, regionu total repressiyalara əsaslanan, faktiki olaraq şəxsi kriminal dövlət kimi idarə edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Financial Times yazıb.

Bunun müqabilində isə Putinə tam sədaqət, o cümlədən Ukraynaya qarşı müharibəyə döyüşçülər göndərilməsi nümayiş etdirib və ailəsinin zənginləşməsinə, həmçinin faktiki cəzasızlığa şərait yaradılıb.
 

Lakin nəşrin qeyd etdiyi kimi, Kadırovun səhhətinin ağır olması ilə bağlı məlumatlar və mümkün varis hesab edilən oğlu Adamın da sağlamlıq problemləri bu quruluşun nə qədər kövrək olduğunu üzə çıxarır.


Ekspertlərin fikrincə, yaxın aylarda Kremlin qarşısında “ən uyğun varis” kimi təqdim olunmağa çalışan çeçen liderlərin bir növ “yarışını” görmək mümkün olacaq. Bu, ya Adam Kadırovun qeyri-rəsmi lider kimi saxlanıldığı administrator modeli, ya da regionun faktiki rəhbərliyi uğrunda rəqabət aparan alternativ fiqurlar formasında baş verə bilər.

Mütəxəssislər vurğulayırlar ki, Kreml üçün bu məsələ son dərəcə həssasdır. Belə ki, Rusiyanın hərbi resursları hazırda demək olar ki, tam şəkildə Ukraynada cəmlənib.

“Putin rejiminin başqa bir münaqişə, başqa bir müharibə üçün kifayət qədər hərbi resursu yoxdur. Rusiyanın bütün hərbi potensialı indi Ukraynaya yönəlib”, – deyə ekspertlərdən biri bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO