Nə İrana, nə də ABŞ-a müharibə lazımdır - Pezeşkian

Nə İrana, nə də ABŞ-a müharibə lazımdır - Pezeşkian

Hazırda oxunan: Nə İrana, nə də ABŞ-a müharibə lazımdır - Pezeşkian

593821

Nə ABŞ, nə də İran Yaxın Şərqdə növbəti müharibədən qazanacaq və bu, bütün regionu gərginləşdirəcək.

Bizim.Media xəbər verir ki, bunu İslam Respublikasının Prezidenti Məsud Pezeşkian misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə telefon danışığında bildirib.

"İran İslam Respublikası müharibəyə can atmayıb, can atmır, müharibənin İranın, ABŞ-ın və ya regionun maraqlarına uyğun olmayacağına tam əmindir", - o, qeyd edib.

Pezeşkian həmçinin ümid etdiyini bildirib ki, Vaşinqton Tehranı təhdid və güc yolu ilə danışıqlara məcbur etməyin mümkünsüzlüyünü anlayıb. "İran İslam Respublikasının ərazisinə hər hansı təcavüz və ya hücumun qətiyyətli və səlahiyyətli cavabla qarşılanacağı aydındır, lakin İran diplomatik həllər axtarmağa davam edir", - o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO