Ukrayna və Moldovanın enerji təchizatında PROBLEM YARANDI

Ukrayna və Moldovanın enerji təchizatında PROBLEM YARANDI

Hazırda oxunan: Ukrayna və Moldovanın enerji təchizatında PROBLEM YARANDI

593732

Ukraynanın elektrik şəbəkəsində yaşanan problemlərə görə, ölkədə və Moldovanın enerji təchizatında problemlər yaranıb.

Bizim.Media “Reuters“ə istinadən xəbər verir ki, paytaxt Kişinyov və ölkənin digər bölgələrində enerji verilişində fasilələr qeydə alınıb.

Moldovanın energetika nazirliyinin məlumatına görə, iki ölkə arasında müştərək xəttin Ukraynaya düşən hissəsində olan problemlər Moldovada elektrik xətlərinin birində elektrik axınının aşağı düşməsinə səbəb olub.
 

Ukrayna prezidenti Volodimir Zelenski özünün “X” hesabında vəziyyətdən xəbərdar olduğunu və bütün lazımi tədbirlərin görülməkdə olduğunu, elektrik təminatının bərpası üçün işlər aparıldığını bildirib.


Ukrayna KİV-ləri vurğulayıb ki, ölkənin enerji sistemində qəza səbəbindən hazırda Kiyev rayonlarında su təchizatı yoxdur.

Qeyd edək ki, şəbəkədə yaranan texniki problemlərə görə Ukraynanın paytaxtı Kiyev və digər bölgələrdə metro, trolleybusların hərəkəti və bir sıra digər xidmətlər dayandırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO