Alimlər Yerə ölçüləri baxımından yaxın olan və təxminən 146 işıq ili uzaqlıqda yerləşən yeni planetin kəşf edildiyini açıqlayıblar.
Bizim.Media xəbər verir ki, planet Günəşə bənzər ulduzun ətrafında dövr edir və aparılan ilkin hesablamalara görə onun yaşayış üçün əlverişli zonada yerləşmə ehtimalı təxminən 50 faiz təşkil edir.
Mütəxəssislər bildirirlər ki, bu məsafə və ulduz tipi planetin səthində maye suyun mövcud ola bilməsi ehtimalını artırır. Lakin planetdə həyatın olub-olmadığını demək üçün əlavə müşahidələrə və daha detallı tədqiqatlara ehtiyac var.
Astronomlar növbəti mərhələdə planetin atmosferinin tərkibini, temperatur göstəricilərini və mümkün biomarkerləri araşdırmağı planlaşdırırlar.(Musavat.com)
Bizim.Media



























































































