Bu ölkədə qızıldan küçə salınacaq

Bu ölkədə qızıldan küçə salınacaq

Hazırda oxunan: Bu ölkədə qızıldan küçə salınacaq

593694

Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində qızıldan küçə salınması planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.

Bildirilir, küçənin inşasında qızıldan istifadə olunacaq. Lakin bunun konkret olaraq hansı formada həyata keçiriləcəyi hələlik tam açıqlanmayıb.
 

Qızıl küçə Dubayda fəaliyyət göstərən məşhur Qızıl Bazarının yenidən brendləşdirilməsi çərçivəsində yaradılan "Dubai Gold District" layihəsinin bir hissəsi olacaq.


Sözügedən ərazi Dubayın Deyra rayonunda yerləşir və burada qızıl və zinət əşyaları satışı ilə məşğul olan təxminən minə yaxın ticarətçi fəaliyyət göstərir. Qızıl küçənin açılış tarixi hələ elan olunmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO