Dünyanın ən dadlı və dadsız mətbəxləri açıqlanıb — Azərbaycan reytinqdə neçəncidir?

Dünyanın ən dadlı və dadsız mətbəxləri açıqlanıb — Azərbaycan reytinqdə neçəncidir?

Hazırda oxunan: Dünyanın ən dadlı və dadsız mətbəxləri açıqlanıb — Azərbaycan reytinqdə neçəncidir?

593693

World Population Review 2025-ci il üçün dünyanın ən dadlı və ən dadsız mətbəxlərinin reytinqini dərc edib.

Bizim.Media xəbər verir ki, araşdırmaya əsasən, Qazaxıstan və Ermənistan mətbəxləri ən zəif qiymətləndirilənlər sırasında yer alıb və 99 ölkə arasında müvafiq olaraq 92-ci və 93-cü yerləri tutub. Siyahıda onlardan daha aşağı nəticə göstərən yalnız Nikaraqua, Laos və Boliviyadır.
 

Siyahıya dünyanın ən dadlı mətbəxi seçilən Yunanıstan başçılıq edir. Ondan sonra İtaliya, Meksika, Türkiyə, İspaniya, Portuqaliya, İndoneziya, Fransa, Yaponiya və Çin gəlir. Nəşrdə qeyd olunur ki, yunan mətbəxi sadəliyi, düzgün bişirmə üsulları və təzə inqrediyentlərdən istifadə ilə seçilir.


Keçmiş SSRİ ölkələri arasında ən yüksək pilləni Gürcüstan tutub — 30-cu yer. Rusiya 34-cü, Litva 39-cu, Ukrayna 43-cü, Azərbaycan 56-cı, Belarus 75-ci, Latviya isə 78-ci yerdə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO