ABŞ İsrailə 6,52 milyard dollarlıq hərbi tədarükü TƏSDİQLƏDİ

ABŞ İsrailə 6,52 milyard dollarlıq hərbi tədarükü TƏSDİQLƏDİ

Hazırda oxunan: ABŞ İsrailə 6,52 milyard dollarlıq hərbi tədarükü TƏSDİQLƏDİ

593682

ABŞ Dövlət Departamenti İsrailə 6,52 milyard dollar məbləğində potensial hərbi tədarükü üç müqavilə çərçivəsində təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə Pentaqonun hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silah tədarükünə cavabdeh olan Təhlükəsizlik Sahəsində Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Müqavilələrdən biri 1,98 milyard dollar dəyərində "JLTV" yüngül taktik maşınların və onlara aid avadanlıqların satışını nəzərdə tutur. İkinci müqavilə 3,8 milyard dollar dəyərində "AH-64E Apache" helikopterlərinin satışını ehtiva edir. Üçüncü hərbi müqavilə isə 740 milyon dollar məbləğində bağlanıb.

Birinci sövdələşmə üzrə əsas podratçı "AM General LLC", "Apache" helikopterlərinin tədarükü üzrə podratçılar isə "Boeing" və "Lockheed Martin" şirkətləridir.
 

2025-ci ilin martında ABŞ Dövlət katibi Marko Rubio bəyan edib ki, Donald Trampın yanvarın 20-də prezident vəzifəsinin icrasına başlamasından bəri onun administrasiyası İsrailə təxminən 12 milyard dollar dəyərində hərbi texnika tədarükünü təsdiqləyib.


Rubio həmçinin vəd edib ki, Birləşmiş Ştatlar İsrailin təhlükəsizliyinin təmin edilməsi sahəsində Amerikanın uzunmüddətli öhdəliklərini yerinə yetirmək üçün bütün mövcud vasitələrdən istifadəyə davam edəcək.

Elə həmin vaxt o, ABŞ-nin İsrailə təxminən 4 milyard dollar dəyərində hərbi yardımın çatdırılmasını sürətləndirəcəyinə dair sənədi imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO