ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiya Prezidenti Vladimir Putindən ukraynalı uşaqların geri qaytarılması və müharibə nəticəsində ayrılmış ailələrin yenidən birləşdirilməsi prosesi ilə bağlı məktub aldığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.
Melaniya Tramp bildirib ki, ötən il sözügedən məsələ ilə bağlı Putinə müraciət edib və Rusiya lideri də cavab verib:
"O, (Rusiya Prezidenti Vladimir Putin – red.) mənə cavab məktubu yazıb. Nümayəndəm Rusiya tərəfi ilə əlaqə saxlayır və biz hələ də daha çox uşağı birləşdirmək üçün çalışırıq".
Melaniya məktubun mətnini açıqlamasa da, danışıqların nəticələri ilə bağlı ehtiyatlı nikbinlik ifadə edib:
“Ümid edirəm ki, tezliklə yenidən böyük uğurlara imza ata biləcəyik. Bütün bu uşaqların və valideynlərin xoşbəxt olduğunu görmək çox xoşdur”.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:33 / 30.01.2026
Putin Melaniya Trampa məktub YAZDI
Hazırda oxunan: Putin Melaniya Trampa məktub YAZDI
Hazırda oxunan: Putin Melaniya Trampa məktub YAZDI
593532
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































