Dağıstanda terror aktları planlaşdıran 2 nəfər məhv edildi - VİDEO

Dağıstanda terror aktları planlaşdıran 2 nəfər məhv edildi - VİDEO

Hazırda oxunan: Dağıstanda terror aktları planlaşdıran 2 nəfər məhv edildi - VİDEO

593379

Dağıstan Respublikasında Rusiyada qadağan olunmuş beynəlxalq terror təşkilatının tərəfdarları tərəfindən planlaşdırılan terror aktlarının qarşısı alınıb. Saxlanılma cəhdi zamanı iki şübhəli öldürülüb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.

"FTX İstintaq Komitəsi və Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Rusiyada qadağan olunmuş beynəlxalq terror təşkilatının nümayəndələrinin koordinasiyası ilə planlaşdırılan, dini obyektdə, eləcə də Şimali Qafqaz Dəmir Yolunun Mahaçqala ərazi idarəsinin Mahaçqala-Dərbənd dəmir yolu hissəsində təxribat-terror aktları törətmək cəhdinin qarşısını alıb", - deyə məlumatda bildirilib.

Ullubiyevo dəmiryol stansiyası yaxınlığında təxribat-terror aktına cəhd üzrə saxlanılma zamanı şübhəlilər silahlı müqavimət göstəriblər və cavab atəşi ilə məhv ediliblər.

Qeyd edilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları və ya mülki şəxslər arasında xəsarət alan olmayıb.

Hadisə yerində odlu silah, sursat və əldəqayırma partlayıcı qurğu aşkarlanıb və FTX-nin partlayıcı mütəxəssisləri tərəfindən zərərsizləşdirilib. Şübhəlilərin yaşayış yerlərindən ekstremist ədəbiyyat və beynəlxalq terror təşkilatının simvolları müsadirə edilib.

"Müəyyən edilib ki, Dağıstan Respublikasının iki sakini beynəlxalq terror təşkilatının işəgötürəni ilə "Telegram" vasitəsilə yazışma aparıb, and içib və terror aktı törətməyə hazır olduğunu bildirib. Kuratorun təlimatlarına əsasən, onlar terror hədəflərini seçib, kəşfiyyat aparıb və əldəqayırma partlayıcı qurğu hazırlayıblar", - deyə məlumatda qeyd edilib.

Dağıstan Respublikası üzrə İstintaq Komitəsinin istintaq orqanları tərəfindən Rusiya Cinayət Məcəlləsinin 317-ci maddəsi (hüquq-mühafizə orqanlarının əməkdaşlarının həyatına sui-qəsd) və 222-ci maddəsinin 3-cü hissəsi (qanunsuz silah dövriyyəsi) üzrə cinayət işi açılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO