Arxeoloqlar Qazaxıstanın “Sarayşık” Muzey-Qoruğunun ərazisində aparılan qazıntılar zamanı Qızıl Orda dövrünə aid üç yaşayış məskəni və 250-dən çox artefakt aşkar ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı 24.kz saytı yayıb.
Mənbə qeyd edir ki, Atırau arxeoloqları “Sarayşık” Muzey-Qoruğunun ərazisində üç qədim yaşayış məskəni aşkar ediblər:
“Qazıntılar zamanı onlar, həmçinin 250-dən çox artefakt tapıblar. Arxeoloqlar yaşayış binasının, qala və karvansara divarlarının qalıqlarını aşkar ediblər. Tapıntılar XIV əsrin əvvəllərinə - Qızıl Orda dövrünə aiddir”.
Alimlər tapıntılarını Atırau Universitetində keçirilən 2025-ci ilin yekunlarına dair tədqiqat icmalı tədbiri zamanı təqdim ediblər.
Telekanalın məlumatına görə, arxeoloqlar muzey-qoruğun ərazisində tədqiqatlar zamanı ümumilikdə 7000-dən çox artefakt aşkar ediblər və tapılan qədim tikililərin bərpası işləri davam edir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:50 / 29.01.2026
Qazaxıstanda Qızıl Orda dövrünə aid 3 yaşayış məskəni tapıldı – VİDEO
Hazırda oxunan: Qazaxıstanda Qızıl Orda dövrünə aid 3 yaşayış məskəni tapıldı – VİDEO
Hazırda oxunan: Qazaxıstanda Qızıl Orda dövrünə aid 3 yaşayış məskəni tapıldı – VİDEO
593364
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































