Rusiya bir gündə iki təyyarə itirdi

Rusiya bir gündə iki təyyarə itirdi

Hazırda oxunan: Rusiya bir gündə iki təyyarə itirdi

593356

Son 24 saat ərzində Rusiya iki Su-34 təyyarəsini itirib. Bir təyyarə Qara dəniz üzərində vurulub, digəri isə Rusiyada texniki problemlər səbəbindən qəzaya uğrayıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Mənbə qeyd edir ki, 24 fevral 2022-dən 29 yanvar 2026-dək Rusiya təxminən 1 237 400 hərbi itki (son sutkada 830 – red.) verib.

Ümumilikdə Rusiya hava qüvvələri bu müddət ərzində 435 təyyarə itirib.

Su-34 sovet istehsalı olan, iki nəfərlik, hər cür hava şəraitində işləyə bilən bombardmançı və qırıcı təyyarədir və dəqiq raket-bomba zərbələri endirmək üçün istifadə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO