Almaniya Kansleri Fridrix Merts bildirib ki, Ukraynanın 1 yanvar 2027-ci ildən etibarən Avropa İttifaqına (Aİ) üzvlüyü mümkün deyil.
Bizim.Media xəbər verir ki, bu barədə “Deutsche Welle” nəşri yazıb.
Kanslerin sözlərinə görə, hər bir ölkə Aİ-yə üzv olmaq istədikdə əvvəlcə Kopenhagen kriteriyalarını yerinə yetirməlidir və bu proses adətən bir neçə il çəkir.
Eyni zamanda Merts qeyd edib ki, Ukraynaya üzvlüyə aparan real perspektiv verilməsi vacibdir.
Nəşr yazır ki, Almaniya hökuməti Ukraynanın Avropa yolunu siyasi baxımdan dəstəkləyir, lakin üzvlük prosesinin sürətləndirilməsini hüquqi və institusional baxımdan mümkün hesab etmir.
Qeyd edək ki, Kopenhagen kriteriyaları stabill dövlət institutlarının mövcudluğunu, demokratiyanın təmin olunmasını, hüququn aliliyini, insan hüquqlarına hörməti və azlıqların qorunmasını, fəaliyyət göstərən bazar iqtisadiyyatını, həmçinin Avropa İttifaqı qanunvericiliyindən irəli gələn öhdəlikləri qəbul etməyə hazır olmağı nəzərdə tutur.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:45 / 29.01.2026
Ukrayna 2027-ci ildə Aİ-yə üzv ola bilərmi?
Hazırda oxunan: Ukrayna 2027-ci ildə Aİ-yə üzv ola bilərmi?
Hazırda oxunan: Ukrayna 2027-ci ildə Aİ-yə üzv ola bilərmi?
593344
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































