Merts Putinlə birbaşa danışıqlara qarşı çıxdı

Merts Putinlə birbaşa danışıqlara qarşı çıxdı

Hazırda oxunan: Merts Putinlə birbaşa danışıqlara qarşı çıxdı

593341

Almaniya kansleri Fridrix Merts Ukraynadakı münaqişə ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlar aparmaq çağırışlarını rədd edib.

Bizim.Media xəbər verir ki, onun sözlərini Die Zeit qəzeti yayıb.

“Danışıqlar əsasən Ukrayna və Rusiya arasında aparılmalıdır. Biz burada vasitəçi rolunda çıxış etmirik,” — deyə Merts bildirib.

Buna baxmayaraq, o qeyd edib ki, Almaniya tərəflər arasında davam edən danışıqları dəstəkləyir və onların mümkün qədər tez başa çatmasını ümid edir.

Əvvəlki gün Sosial-Demokrat Partiyanın (SPD) xarici siyasət üzrə nümayəndəsi Adis Axmetoviç kansler Merts ilə Rusiya Prezidenti Putinin birbaşa danışıqlar aparmasını təklif etmişdi.

Axmetoviçin sözlərinə görə, indiyə qədər danışıqlar prosesində yalnız “az miqdarda irəliləyiş” əldə olunub və Avropalılar danışıqlar masasında yer almırlar. Politoloq vurğulayıb ki, “bu vəziyyət davam edə bilməz” və yeni yanaşmalara ehtiyac var. Bu, “Rusiya ilə diplomatik əlaqələrin hansı səviyyədə və kim tərəfindən qurulacağını müəyyən etməyi” nəzərdə tutur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO