Ukraynanın xalq artisti, teatr və kino aktrisası Tamara Plaşenko 70 yaşında dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, onun ölüm xəbərini oğlu Vladimir Krıjanovski sosial şəbəkədə paylaşıb.
Məlumata görə, aktrisa son aylarda ağır beyin xərçəngi ilə mübarizə aparırdı. Oğlu bildirib ki, iki il əvvəl həyat yoldaşının ölümündən sonra Plaşenko yaşamaq həvəsini demək olar ki, itirmişdi.
Tamara Plaşenko uzun illər Kiyevdəki Podol Akademik Dram Teatrının aparıcı aktrisalarından olub, 1998-ci ildə “Ukraynanın əməkdar artisti”, 2025-ci ildə isə “Ukraynanın xalq artisti” fəxri adını alıb.
Bizim.Media


































































































