Yeni Zelandiyada helikopter qəzaya uğradı – ÖLƏNLƏR VAR

Yeni Zelandiyada helikopter qəzaya uğradı – ÖLƏNLƏR VAR

Hazırda oxunan: Yeni Zelandiyada helikopter qəzaya uğradı – ÖLƏNLƏR VAR

593093

Yeni Zelandiyanın Şimal Adasının cənub-qərbində kiçik helikopter qəzaya uğrayıb, nəticədə pilot və göyərtədə olan yeganə sərnişin həlak olub.

Bizim.Media  xarici mediaya istinadla xəbər verir ki, qəza Vellinqtondan təxminən 40 kilometr şimalda yerləşən, seyrək məskunlaşmış Pekakariki təpəsi ərazisində baş verib.

Məlumata görə, polis hadisə barədə helikopterin avtomatik qəza xəbərdarlıq sistemi işə düşdükdən sonra məlumat alıb. Yeddi saat davam edən axtarış-xilasetmə əməliyyatı zamanı helikopterin qalıqları, həmçinin pilot və sərnişinin cəsədləri aşkar edilib.

Hadisə ilə bağlı Mülki Aviasiya İdarəsinin müstəntiqlərinin iştirakı ilə araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO