Özbəkistan Rusiyadan miqrasiya reydlərində vətəndaşlarının hüquqlarına riayət olunmasını TƏLƏB ETDİ

Özbəkistan Rusiyadan miqrasiya reydlərində vətəndaşlarının hüquqlarına riayət olunmasını TƏLƏB ETDİ

Hazırda oxunan: Özbəkistan Rusiyadan miqrasiya reydlərində vətəndaşlarının hüquqlarına riayət olunmasını TƏLƏB ETDİ

593048

Özbəkistan XİN baş nazirinin müavini Abdullayev Rusiya Federasiyasının səfiri Yerxov ilə görüş keçirib. 

Bizim.Media xəbər verir ki, görüşdə Rusiyada çalışan özbəkistanlı vətəndaşların hüquq və qanuni maraqlarının qorunması məsələləri müzakirə olunub. 

Görüşdə Rusiya Federasiyasının regionlarından olan Özbəkistanın baş konsulları da iştirak ediblər.
 

Özbəkistan tərəfi Rusiyada keçirilən miqrasiya reydləri zamanı öz vətəndaşlarının hüquqlarına riayət olunmasını tələb edib. Özbəkistan həm qanun pozanlara, həm də qanuna riayət edən özbəkistanlılara qarşı istənilən formada hüquqların məhdudlaşdırılmasına və alçaldılmasına yol verilməməsinin vacibliyini vurğulayıb.


Tərəflər əmək miqrasiyasının tənzimlənməsi və Rusiya ərazisində özbəkistanlıların əmək fəaliyyəti üçün əlverişli şəraitin yaradılması istiqamətində əməkdaşlıq niyyətlərini təsdiqləyiblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO