ABŞ kəşfiyyatı: İran rejimi 1979-cu ildən bəri ən zəif vəziyyətdədir

ABŞ kəşfiyyatı: İran rejimi 1979-cu ildən bəri ən zəif vəziyyətdədir

Hazırda oxunan: ABŞ kəşfiyyatı: İran rejimi 1979-cu ildən bəri ən zəif vəziyyətdədir

593021

ABŞ kəşfiyyatı prezident Donald Trampa bildirib ki, İran rejimi 1979-cu ildən bəri ən zəif dövrünü yaşayır.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “The New York Times” nəşri mənbələrə istinadən yazıb.

Məlumata görə, ötən ilin sonlarında baş verən kütləvi etirazlar İranda hakimiyyətin mövqelərini ciddi şəkildə sarsıdıb və hətta ali lider Əli Xameneinin dayağı hesab olunan regionlara qədər yayılıb. Etirazlar yatırılmış olsa da, zəif iqtisadiyyat və sərt repressiyalar rejimi daha da çətin vəziyyətə salıb və əhalinin narazılığını artırıb.

Bu fonda ABŞ regionda hərbi mövcudluğunu gücləndirir. “Abraham Lincoln” aviadaşıyıcısı və “Tomahawk” raketləri ilə təchiz olunmuş döyüş gəmiləri ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına daxil olub. Əmr verildiyi təqdirdə, bu qüvvələr 1–2 gün ərzində İrana zərbə endirə bilər.

Bununla yanaşı, Tramp administrasiyasında mümkün hərbi zərbələr məsələsində yekdil mövqe yoxdur. Prezident “sürətli və qəti nəticə” istəyir, lakin onun müşavirləri müdaxilənin rejimin tezliklə süqutuna gətirib çıxaracağına əmin deyillər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO