Gerasimov yenə Putini aldatdı – “Bu yaşayış məntəqəsini Rusiya ələ keçirməyib” – FOTO/VİDEO

Gerasimov yenə Putini aldatdı – “Bu yaşayış məntəqəsini Rusiya ələ keçirməyib” – FOTO/VİDEO

Hazırda oxunan: Gerasimov yenə Putini aldatdı – “Bu yaşayış məntəqəsini Rusiya ələ keçirməyib” – FOTO/VİDEO

592990

Xəbər verdiyimiz kimi, Rusiya ordusu Ukraynanın Xarkov və Zaporojye vilayətlərində yaşayış məntəqələrini nəzarətə götürüb. Bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimov açıqlama verib.

Bizim.Media xəbər verir ki, mövzuya UNİAN nəşrində münasibət bildirilib və qeyd edilib ki, Rusiya ordusu Kupyansk-Uzlovoy yaşayış məntəqəsindən təxminən 10 kilometr məsafədə yerləşir və ora faktiki olaraq yaxınlaşmayıblar.

Maraqlıdır ki, bu bəyanat hətta Rusiya daxilində fəaliyyət göstərən Z-kanallar tərəfindən də tənqid olunub. Onlar etiraf ediblər ki, Kupyansk-Uzlovoy hələ də Rusiya qüvvələrinin nəzarətində deyil və ərazi cəbhə xəttindən uzaqdadır.

Mütəxəssislər hesab edirlər ki, bu cür bəyanatlar informasiya müharibəsinin tərkib hissəsi ola bilər və real vəziyyətlə ziddiyyət təşkil edir.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO