Qanuna edilən yeni dəyişikliklərə görə, sığorta olunanların əhatə dairəsi genişləndirilib. Həbs edilmiş, müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkənlər istisna olmaqla) də icbari tibbi sığorta hesabına tibbi xidmətlərin göstərilməsi təmin edilir.
Bizim.Media xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunları və hədəflərə dair keçirilən üzrə mətbuat konfransında deyib.
O bildirib ki, burada söhbət illik 1500 şəxsdən gedir:
"Bunun üçün 200 min manatadək maliyyə vəsaiti ayrılıb".
Sədr həmçinin vurğulayıb ki, Agentlik Azərbaycan Respublikasının vətəndaşlarının, qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərin icbari tibbi sığortadan yararlanmasını təmin edir.
Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media

- A-
- A
- A+
Dünya
10:27 / 27.01.2026
Məhkumlar da icbari tibbi sığortaya cəlb olunacaq
Hazırda oxunan: Məhkumlar da icbari tibbi sığortaya cəlb olunacaq
Hazırda oxunan: Məhkumlar da icbari tibbi sığortaya cəlb olunacaq
592916
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































