Qlobal kriptovalyuta bazarında son sutkada artım müşahidə edilib.
Bizim.Media “CoinMarketCap” platformasına istinadən xəbər verir ki, son 24 saatda “Bitcoin”in qiyməti 1% artaraq 88,6 min dollara, “Ethereum”un qiyməti isə 2,6% yüksələrək 2,94 min dollara çatıb. Eyni zamanda BNB, XRP və Solana üzrə də gündəlik artım qeydə alınıb.
Stabil koinlər olan Tether (USDT) və USDC dollar paritetinə yaxın səviyyədə ticarət olunub.
Bununla yanaşı, həftəlik kəsimdə bazarda azalma davam edir. Son 7 gündə Ethereum 7,6%, Solana 6,8%, Bitcoin isə təxminən 4% dəyər itirib.
Analitiklərin fikrincə, gündəlik artım əsasən qısa müddətli texniki bərpa, əvvəlki itkilərdən sonra investorların selektiv alımları ilə bağlıdır. Bununla yanaşı, qlobal maliyyə bazarlarında faiz dərəcələri ilə bağlı qeyri-müəyyənlik kriptobazarda həftəlik təzyiqlərin qalmasına səbəb olub.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:33 / 27.01.2026
"Bitcoin"in SON qiyməti
Hazırda oxunan: "Bitcoin"in SON qiyməti
Hazırda oxunan: "Bitcoin"in SON qiyməti
592904
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































