100 ABŞ hərbçisi Rumıniyaya gəldi – SAYI 1000 OLACAQ

100 ABŞ hərbçisi Rumıniyaya gəldi – SAYI 1000 OLACAQ

Hazırda oxunan: 100 ABŞ hərbçisi Rumıniyaya gəldi – SAYI 1000 OLACAQ

59210

Rumıniyanın müdafiə naziri Vasile Dinku bildirib ki, 100-dən çox Amerika əsgəri Rumıniyaya gəlib. Onun sözlərinə görə, ümumi kontingentə NATO-nun şərq cinahının gücləndirilməsi çərçivəsində 1000 ABŞ hərbçisi daxildir.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı censor.net saytı yayıb.

Dinku qeyd edib ki, hərbçilərin “ilk partiyası” kontingentin qalan hissəsinin transferini hazırlamaq üçün ölkəyə gəlib.

“Biz logistika baxımından uzun müddətdir ki, hazırlaşırıq. Bu da konkret davam edən hazırlıqdır. Artıq 100-dən çox amerikalı əsgər gəlib. Bu mütəxəssislər gələcək hərbçilərin yerləşdirməsini hazırlayırlar. Ona görə də buradadırlar”, - nazir vurğulayıb.

Xatırladaq ki, daha əvvəl ABŞ Rusiya qoşunlarının Ukrayna yaxınlığında cəmləşməsi səbəbindən Şərqi Avropanı böhranın mümkün yayılmasından qorumaq üçün Polşa və Rumıniyaya təxminən 3000 əlavə əsgər göndərəcəyini açıqlamışdı.
Eyni zamanda, Avropada yerləşən 1000 ABŞ əsgəri Rumıniyaya köçürüləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO