Amerikalı senator İranda baş verənlər HAQDA: “Rejimin günləri sayılıdır”

Amerikalı senator İranda baş verənlər HAQDA: “Rejimin günləri sayılıdır”

Hazırda oxunan: Amerikalı senator İranda baş verənlər HAQDA: “Rejimin günləri sayılıdır”

591326

“Bu, dini müharibədir. Sonda kim qalib gələcək? Bu, son dərəcə vacibdir. Hazırda üzləşdiyimiz vəziyyət, Yaxın Şərqin gələcəyini min il qabaqcadan müəyyən edəcək qərar anıdır”.

Bizim.Media xəbər verir ki, bunu ABŞ senatoru Lindsi Qrem İranda baş verənlər barədə jurbalistlərə açıqlamasında bildirib.

“Əgər bunun Berlin divarının süqutundan bəri dəyişikliklər üçün ən mühüm məqam olduğunu başa düşmürsünüzsə, çox şeyi gözdən qaçırırsınız.

Mən hesab edirəm ki, rejimin günləri sayılıdır. Bu mövzuda bu gün özümü son vaxtların istənilən dövründən daha optimist hiss edirəm. Yaxın bir-iki gün ərzində fəaliyyətimi izləyin, görərik. Regiondakı ərəb ölkələri isə olduqca məyusedici oldular.

Əgər media məlumatları doğrudursa və ərəb ölkələri İran adından müdaxilə edərək vəd olunmuş qəti addımların qarşısını alıblarsa, deməli, onlar o qədər də yaxşı müttəfiq deyillər”, - Qrem qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO