"Bozun əlli çaları" ilə məşhurlaşan aktrisa Marvel filmində - “Madam Veb” 

Hazırda oxunan: "Bozun əlli çaları" ilə məşhurlaşan aktrisa Marvel filmində - “Madam Veb” 

59129

“Hörümçək adam”ın yan obrazlarından olan “Madam Veb” xarakteri haqqında film çəkiləcək. 

Bizim.Media xəbər verir ki, sevilən cizgi filmi xarakterinə "Bozun əlli çaları"nda baş rolu oynayan Dakota Conson həyat verəcək. 

32 yaşlı məşhur aktrisa Marvel seriyasının yeni çıxacaq müstəqil superqəhrəman filmində “Madam Veb” rolu ilə tamaşaçıların qarşısına çıxacaq. 

Film “Sony”nin qadın baş qəhrəmanın yer aldığı ilk müasir komiks adaptasiyası olacaq. 

“Hörümçək adam”ın yan obrazlarından biri kimi tanınan “Madam Veb” komikslərdə hörümçək toruna bənzəyən həyati dəstək sisteminə qoşulmasını tələb edən xroniki otoimmün pozğunluğu olan kor, iflic olmuş yaşlı qadın kimi təsvir edilib. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO