“Ukrayna sülhə nail olmaq üçün ağır güzəştlərə getməlidir” – Çexiya prezidenti

“Ukrayna sülhə nail olmaq üçün ağır güzəştlərə getməlidir” – Çexiya prezidenti

Hazırda oxunan: “Ukrayna sülhə nail olmaq üçün ağır güzəştlərə getməlidir” – Çexiya prezidenti

591155

“Avropa üçün bu, ağrılıdır ki, yenə də əsas rolu Birləşmiş Ştatlar oynayır. Təəssüf ki, ABŞ olmadan Ukraynadakı müharibə ilə bağlı həll yolu mümkün deyil. Amma bu, Avropanın və Avropa ölkələrinin bu səylərdən kənarda qalmalı olduğu anlamına gəlmir”.

Bizim.Media xəbər verir ki, bu barədə Çexiya prezidenti Petr Pavel bildirib.

Eyni zamanda o qeyd edib ki, Rusiya–Ukrayna müharibəsi üzrə potensial sülh sazişi məsələsində Kiyev bir sıra ağır güzəştlərə getməli olacaq: “Mən hesab edirəm ki, sülh planında Ukraynanın getməli olduğu və sülhə gətirib çıxaracağı təqdirdə buna hazır olduğu bir sıra ağır güzəştlər var”.

Bununla yanaşı, Çexiya prezidenti vurğulayıb ki, Avropa sülh sazişi ilə bağlı sənədlərin hazırlanması zamanı görülən işlərin hədər getməməsi üçün bütün səylərini göstərməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO