Paşinyan əsas problemin Ermənistanda olduğunu ETİRAF ETDİ

Paşinyan əsas problemin Ermənistanda olduğunu ETİRAF ETDİ

Hazırda oxunan: Paşinyan əsas problemin Ermənistanda olduğunu ETİRAF ETDİ

590927

“Biz vətəndaş cəmiyyəti ilə əməkdaşlığı genişləndirmək istəyirik, lakin bunun üçün strateji məsələlər üzrə ümumi baxışın formalaşdırılması çox vacibdir”.

Bizim.Media xəbər verir ki, bunu yanvarın 14-də keçirilən “Ermənistan və dünya risklər və imkanlar kəsişməsində” forumunda Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

“2020–2023-cü illərdə bu əməkdaşlıq alınmadı, çünki hökumətdə, əslində, sosial-psixoloji transformasiya dövrü yaşanırdı. İndi, elə bir mərhələdəyik ki, bu gün dediklərimizin çoxunu üç il əvvəl ucadan deyə bilməzdik. İndi isə hökumətdə, baş nazir aparatında institusional qərarlar qəbul edirik və daha nə edə biləcəyimizi düşünürük. Açıq və birmənalı şəkildə demək istəyirəm ki, bu sahədə hökumətin heç bir məhdudiyyəti yoxdur”, – deyə Paşinyan vurğulayıb.

Baş nazir Ermənistanın aviasiyanın “qara siyahı”sına salınması məsələsinə də toxunub.

“Bu gün bizə deyirlər: siz Aİ ilə yaxşı münasibətləriniz olduğunu bildirirsiniz, bəs niyə bu məsələni həll edə bilmirsiniz, bəlkə yanaşmanız yanlışdır? Əzizlərim, bu, standart məsələsidir, başa düşürsünüzmü, fərqli işləmək lazımdır.

Bizim etməli olduğumuz yeganə şey işimizin və yanaşmalarımızın standartlarını dəyişməkdir.

Burada mən Aİ-yə minnətdaram, çünki əgər bu “qara siyahı” olmasaydı, bizim heç bir problemimiz olmazdı və biz bu mövzu ilə özümüz üz-üzə qalmazdıq. Problem Avropa İttifaqında yox, bizdədir.

Aİ bizə deyir: dostlar, sizin burada probleminiz var. İstəsəniz həll edin, istəməsəniz etməyin – problem yoxdur. Amma mən standartlara uyğun olmayan təyyarənin yaşayış məntəqələrimin üzərindən uçmasına icazə verə bilmərəm. Burada narazılıq üçün əsas yoxdur, əksinə, bu, bizə qərar qəbul etməkdə kömək edir”, – deyə Paşinyan fikrini yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO